Kanada Cənubi Afrikanın ICJ iddiasını qəbul etmir - Kanada Xarici İşlər Naziri

Kanada Cənubi Afrikanın ICJ iddiasını qəbul etmir - Kanada Xarici İşlər Naziri

Bakı. TurkicWorld:

Kanada Cənubi Afrikanın ICJ iddiasını qəbul etmir.

TurkicWorld-un məlumatına görə, bu barədə Kanadanın Xarici İşlər Naziri Mélanie Joly deyib.

O, Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) Cənubi Afrikanın İsraili Soyqırım Konvensiyasını pozmaqda ittiham edən İsrailə qarşı qaldırdığı işdə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını Kanadanın qəbul etmədiyini bildirib.

“Kanada İCJ-nin mübahisələrin sülh yolu ilə həllində mühüm rolunu və beynəlxalq qaydalara əsaslanan nizamın qorunmasında fəaliyyətini dəstəkləyir. İCJ-yə verdiyimiz dəstək Cənubi Afrikanın irəli sürdüyü işin əsasını qəbul etməyimiz demək deyil.” - deyə Kanada XİN rəhbəri qeyd edib.

O bildirib ki, baş verən hadisələri yaxından izləyirlər.

Hafiz Rufizoğlu