Almaniya İsrailə hərbi yardımı dərhal dayandırmalıdır

Almaniya İsrailə hərbi yardımı dərhal dayandırmalıdır

Bakı. TurkicWorld:

Almaniya İsrailə hərbi yardımı, xüsusən də soyqırım Konvensiyasını, beynəlxalq humanitar hüququ və ya Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququ kimi ümumi beynəlxalq hüququn digər məcburi normalarını pozmaqda istifadə edilən hərbi texnikanın göndərilməsini dərhal dayandırmalıdır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarında bildirilib.

"Almaniya humanitar hüquq üzrə öhdəliklərini yerinə yetirmək üçün dərhal mümkün olan hər şeyi etməli və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyə yardımını bərpa etməlidir", - deyə qərarda vurğulanıb.

Məlumat üçün bildirək ki, Nikaraqua Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsində keçiriləcək məhkəmə iclasında məsələ ilə bağlı təqdimatla çıxış edib.

Almaniya 2023-cü ildə İsrailə 326,5 milyon avro dəyərində silah ixracını təsdiqləyib.Almaniya ABŞ-dan sonra İsrailin ikinci ən böyük silah tədarükçüsüdür.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib. verməsini tələb etdiyini vurğulayıb.

X: Lamanasadli01