Kanada İsrailə qarşı soyqırım iddiasını dəstəkləmədiyini bildirib

Kanada İsrailə qarşı soyqırım iddiasını dəstəkləmədiyini bildirib

Bakı. TurkicWorld:

Kanada İsrailə qarşı soyqırım iddiasını dəstəkləmədiyini bildirib

TurkicWorld-un məlumatına görə, bu barədə Kanadanın baş naziri Castin Trüdo deyib.

Baş nazir bildirib ki, Kanada hökumətinin Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi dəstək Cənubi Afrika Respublikası tərəfindən qaldırılan soyqırım iddiasını dəstəkləməsi demək deyil.

Kanada xarici işlər naziri Melanie Coli verdiyi yazılı açıqlamada, ICJ-də işi yaxından izlədiklərini və belə davam etdiyini bildirib.

“BMT-nin 1948-ci il Soyqırım Konvensiyasına əsasən, soyqırım cinayəti bir qrupu milliyyətinə, etnik mənşəyinə, irqinə və ya dininə görə məhv etmək və ya qismən məhv etmək niyyətini tələb edir. Bu yüksək həddi aşmaq inandırıcı sübut tələb edir” – deyə o qeyd edib.

Nazir bildirib ki, onlar məhkəmə prosesinin antisemitizmi təşviq etmək üçün istifadə edilməsinə icazə verməyəcəklər.

Xatırladaq ki, ötən günlərdə Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Ədalət Məhkəməsinə İsrailin Qəzzada ən azı 70 %-i qadın və uşaqlar olmaqla 23,500-dən çox fələstinli öldürdüyünü irəli sürüb.

Hafiz Rufizoğlu