İtaliya 2024-cü il üçün büdcəni təsdiqləyib

İtaliya 2024-cü il üçün büdcəni təsdiqləyib

Bakı. TurkicWorld:

İtaliya parlamenti 2024-cü il üçün təxminən 28 milyard avroluq büdcəni təsdiqləyib.

TurkicWorld xəbər verir ki, deputatların 200-i bunun lehinə, 112-i əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.

Qeyd olunur ki, Messina boğazı üzərindən Siciliyanı materiklə birləşdirməli olan körpünün tikintisi planları hələ də qalmaqdadır.

Büdcə layihəsi, müxalifət tərəfindən sərt şəkildə tənqid olunub, “iqtisadi inkişaf nöqteyi-nəzərindən perspektivsiz” adlandırılıb.

Eyni zamanda, hakim koalisiya daxilində büdcə ilə bağlı müəyyən fikir ayrılıqlarının olduğu bildirilir. Artıq həmkarlar ittifaqları büdcə qanunu əleyhinə çıxış etməyə başlayıb.