Moskvada silahlı insident baş verib

Moskvada silahlı insident baş verib

Bakı. TurkicWorld:

Moskvanın mərkəzindəki restoranda silahlı insident baş verib.

TurkicWorld xəbər verir ki, Şlyuzovaya sahilindəki restoranın yaxınlığında hücum törədən 37 yaşlı şəxs münaqişə zamanı travmatik silahdan bir neçə dəfə atəş açıb, nəticədə 4 nəfər bədən xəsarətləri alıb.

Polis atəş açan şəxsi saxlayıb.

Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar aparılır.