Fələstin xalqının beynəlxalq müdafiəsi təmin edilməlidir - İƏT

Fələstin xalqının beynəlxalq müdafiəsi təmin edilməlidir - İƏT

Bakı. TurkicWorld:

Fələstin xalqına təcili yardımlar göndərilməli və onların beynəlxalq müdafiəsi təmin edilməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha bildirib.

O,həmçinin, beynəlxalq ictimaiyyəti İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

“Qəzzada minlərlə insanın həyatını itirməsi ilə yanaşı, infrastrukturun qəsdən dağıdılması və yüz minlərlə insanın deportasiya edilmək məcburiyyətində qaldığı beynəlxalq humanitar hüququn pozulması ilə qarşı-qarşıyayıq”, - deyə o əlavə edib.

Məlumat üçün bildirək ki, bölgədəki Fələstinlilərə tibbi yardım edən Fələstin Qızıl Aypara Cəmiyyəti, Dünya Səhiyyə Təşkilatının Qəzzadakı qrupları ilə əlaqəsi kəsilib.

İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrail ordusu ilk olaraq axşam saatlarında haubitsa hücumları, daha sonra isə hava hücümları ilə Qəzzanın şimalındakı Beyt Hanun bölgəsini hədəf alıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01