Polşa Belarusla sərhədə qüvvə toplayır

Polşa Belarusla sərhədə qüvvə toplayır

Bakı. TurkicWorld:

Polşa Belarusla sərhəd mühafizəsini gücləndirməyə qərar verib.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün Polşa daxili işlər nazirinin müavini Blajey Poboji bildirib. O qeyd edib ki, bu həftə ərzində Belarusla sərhədə 500 nəfərlik Polşa polis bölmələri göndəriləcək.

Nazir müavini onu da əlavə edib ki, təhlükəsizlik qüvvələri qrupuna antiterror bölmələrinin əməkdaşları da daxil olacaq.