Lukaşenko Priqojinin gəlişini təsdiq edib

Lukaşenko Priqojinin gəlişini təsdiq edib

Bakı. TurkicWorld:

Belarus prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbərinin ölkədə olduğunu təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, A.Lukaşenko iyunun 24-də "Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinlə aparılmış danışıqların təfərrüatlarından danışıb.

Belarus prezidenti deyib ki, o, Rusiya prezidenti Vladimir Putinin dediyi təhlükəsizlik zəmanətlərini verib. O qeyd edib ki, Priqojin artıq Belarusa təyyarə ilə gəlib və Belarusun "Vaqner"in üzvlərinə yardım və dəstək göstərəcəyini, o cümlədən yaşayış və digər xidmətlər göstərəcəyini təsdiqləyib.