Türkdilli dövlətlər arasında yeni bir mərhələnin başlanması İranı narahat edir – Aydın Quliyev

Türkdilli dövlətlər arasında yeni bir mərhələnin başlanması İranı narahat edir – Aydın Quliyev

Bakı, TurkicWorld

Türkdilli dövlətlər arasında yeni bir mərhələnin başlanması İranı narahat edir.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq Aydın Quliyev deyib.

O qeyd edib ki, İran ilk əvvəldən Zəngəzur dəhlizinin əleyhinə mövqeyini ortaya qoyub.

Politoloq bildirib ki, İranın Zəngəzur dəhlizinə qarşı qıcıqlanma mövqeyi bir neçə faktorla izah oluna bilər.

“Birincisi Zəngəzur dəhlizinin açılacağı təqdirdə Azərbaycanın dünya ölkələrinin ilə xüsusilə də, Avropa ilə əlaqələrinin yeni bir mərhələsi başlayacaq. İkinci bir tərəfdən Zəngəzur dəhlizi artıq diplomatik dilinə girmiş orta dəhliz layihəsinin ən önəmli bir elementinə çevriləcək. Zəngəzur dəhlizi Azərbaycanın strateji mövqelərinin güclənməyi deməkdir. Bu da Azərbaycanı zəif dövlət kimi görmək istəyən İranın strateji hədəflərinə və planlarına qətiyyən uyğun gəlmir. Zəngəzur dəhlizinin işləməsi bölgənin Avrasiyanın, Türk dilli dövlətlər arasında yeni bir mərhələnin başlanması deməkdir ki, İran bundan da narahatdır. İran yaxşı başa düşür ki, bölgədə Türkdilli dövlətlərin əməkdaşlığının güclənməsi və yeni bir keyfiyyət halına keçməsi İranın bölgədəki manevrlərini xeyli dərəcədə məhdudlaşdıracaq”.

O qeyd edib ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı bəyantları prezidentin mövqeyi burada hər hansı ölkənin əleyhinə hesablanmayıb.

“Bu hər hansı bir ölkəni qıcıqlandırmaq məqsədi güdmür, xüsusilə də İranı. Bu sadəcə olaraq Zəngəzur dəhlizinin Azərbaycana və bütün bölgəyə gətirəcəyi səmərə ilə bağlıdır. Əgər hansısa dövlət bu səmərəyə qısqanclıqla yanaşırsa, bu artıq həmin dövlətin problemidir”,- deyə politoloq vurğulayıb.

Mehriban Xəlilli

Twitter: @MXalilbekova