Arazboyu iqtisadi zonasının yaradılması Azərbaycan üçün strateji, iqtisadi və təhlükəsiz baxımından əhəmiyyətli hadisədir - Aydın Quliyev (Özəl)

Arazboyu iqtisadi zonasının yaradılması Azərbaycan üçün strateji, iqtisadi və təhlükəsiz baxımından əhəmiyyətli hadisədir - Aydın Quliyev (Özəl)

Bakı, TurkicWorld

Araz boyu iqtisadi zonasının yaradılması Azərbaycan dövləti üçün həm iqtisadi, həm təhlükəsizlik, həm də strateji nöqteyi nəzərdən əhəmiyyətilidir.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq Aydın Quliyev deyib.

“Arazboyu iqtisadi zonası Azərbaycan dövlətçilik sistemində olduqca önəmli rola malikdir. İlk öncə Arazboyu iqtisadi zonasının iqtisadi əhəmiyyətindən danışmaq lazımdır. Bu təbii ki, Arazboyu iqtisadi zonası bir vaxtlar erməni işğalı altında qalmış ərazilər kimi, oradakı iqtisadi-təbii potensiallarımızın üzə çıxarılması da, tam və təhlükəsiz şəraitin yaradılması nöqteyi nəzərdən əhəmiyyətlidir. Xüsusilə də, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın çox böyük bərpa olunan enerji ehtiyatları var. Hansılar ki, ölkəmizin Avropaya qaz-neft ixracı ilə bərabər məhz bərpa olunan enerjinin də ixracı nöqteyi nəzərindən çox böyük ehtiyyatları, potensialları var ki, bunun da mühüm hissəsi məhz Arazboyu işğaldan azad olunmuş bölgələrimizdə yerləşir. Ona görə də, Arazboyu iqtisadi zonasının iqtisadi əhəmiyyəti Azərbaycan üçün çox böyükdür. Burada iqtisadiyyatın bütün sahələri üçün geniş potensialların olduğu şüphəsizdir. Yəni aqrar sektordan yanaşı, aqrar sənaye komplekslərinin yaradılmasına qədər böyük potensiallar mövcuddur”.

Politoloq bildirib ki, Arazboyu iqtisadi zonasının dövlətimiz üçün böyük strateji əhəmiyyəti var:

“Bu zonanın strateji əhəmiyyəti ondadır ki, işğaldan azad edilmiş tarixi torpaqlarımızı əhatə edir. İşğaldan azad edilmiş bölgələrimizdə o cümlədən də, Arazboyu iqtisadi zonasında ermənilərin 30 il ərzində hansı vəhşilikləri törətdiklərini bilirik. Aydın məsələdir ki, burada iqtisadi zonanın yaradılması, buranın iqtisadi zonaya çevrilməsi həmin ərazimizin erməni işğalı dövründən fantastik dərəcədə fərqli bərpa olunması və inkişafına böyük perspektiv açır. Bu bölgənin strateji əhəmiyyəti isə həmin ərazilərdə erməni vandalığının tamamilə kəsilməsi və Azərbaycanın suveren hüquqlarının burada ilkin olaraq iqtisadi müstəvidə təmin olunmasından ibarətdir”.

Onun sözlərinə görə, Arazboyu iqtisadi zonasının təhlükəsizlik nöqteyi nəzərindən Azərbaycan üçün böyük əhəmiyyəti var:
“ Çünki burada Azərbaycanın vahid iqtisadi modelinin tərkib hissəsi olan qaydalar əsasında iqtisadi sistem və iqtisadi fəaliyyət mexanizmləri bərqərar olacaq. Bu da həmin ərazilərin Azərbaycanın həm təhlükəsizlik çətiri altında, həm də suveren hüquqları altında inkişafına böyük perspektivlər açacaq. Bir sözlə Arazboyu iqtisadi zonasının yaradılması Azərbaycan üçün strateji, iqtisadi və təhlükəsiz baxımından əhəmiyyətli hadisədir”.- deyə politoloq vurğulayıb.

Mehriban Xəlilli