17 mart tarixində dünyada nələr baş verib?

17 mart tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

17 mart tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər

17/03/763 - Abbasilərin 5-ci xəlifəsi Harun Rəşid anadan olub.

17/03/1709 - Azərbaycan şairi Molla Vəli Vidadi anadan olub.

17/03/1861 - İtaliya milli birliyini qurub.

17/03/1901 - Van Qoqun rəsmləri Parisdəki Bernheim-Jeune qalereyasında nümayiş etdirilməyə başlayıb. 1890-cı ildə intihar edən rəssam sağlığında cəmi bir tablo satıb.

17/03/1919 - Azərbaycan aktyoru Hüseyn Ərəblinski vəfat edib.

17/03/1921 - Londonda ilk doğuşa nəzarət klinikası açılıb.

17/03/1922 - Türk Qurtuluş Döyüşündə Yunanlarla vuruşarkən türk qadını 20 yaşında Gördesli Makbule vəfat edib.

17/03/1940 - Azərbaycan ədibi və filosofu Əli bəy Hüseynzadə vəfat edib.

17/03/1948 - Belçika, Fransa, Hollandiya, Böyük Britaniya və Lüksemburq arasında 50 illik Brüssel müqaviləsi imzalanıb və Qərbi Avropa İttifaqı yaradılıb.

17/03/1954 - Püşkatma nəticəsində İspaniyanı mübarizədən kənarlaşdıran Türkiyə millisi, futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

17/03/1961 - Visente Kalderon stadionunun tikintisinə başlanılıb.

17/03/1965 - 30 milyon dollarlıq Türkiyə-İsrail Ticarət Sazişi imzalanıb.

17/03/1969 - Qolda Meir İsrailin ilk qadın baş naziri olub.

17/03/1989 - Azərbaycan yazıçısı Fərman Kərimzadə vəfat edib.

17/03/2020 - 2020-ci il futbol üzrə Avropa çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.

Twitter: a_alieva_