Bakı. TurkicWorld:
11 mart tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.
Xüsusi günlər
11/03/1803 - III. Mustafanın qızı Şah Sultan vəfat edib.
11/03/1884 - Türk ədəbiyyatçısı Ömər Seyfəddin anadan olub.
11/03/1917 - Birinci Dünya Müharibəsində ingilislər Bağdadı ələ keçirib.
11/03/1930 - Türkiyəli həkim və ürək cərrahı Kemal Bayazıt anadan olub.
11/03/1947 - Türkiyə Beynəlxalq Valyuta Fonduna (BVF) qoşulub.
11/03/1951 - Hindistanın Yeni Dehli şəhərində keçirilən I Asiya Oyunları başa çatıb.
11/03/1958 - Türkiyə “Misir, Suriya və Yəmən” dövlətlərinin yaratdığı Birləşmiş Ərəb Respublikasını tanıyıb.
11/03/1959 - IV Eurovision Mahnı Müsabiqəsi keçirilib. Hollandiya birinci yeri tutub.
11/03/1988 - Türkiyədə yığılan ilk F-16, Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilib.
11/03/2003 - Türkiyədə Beynəlxalq Cinayət Məhkəməsi öz fəaliyyətinə başlayıb.
11/03/2020 - Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasını pandemiya elan edib. Həmin gün Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Türkiyədə ilk COVID-19 hadisəsinin qeydə alındığını açıqlayıb.
11/03/1992 — Azərbaycan, Böyük Britaniya, Qvineya və Nigeriya arasında diplomatik əlaqələr qurulub.
11/03/2022 - Azərbaycan və sovet dramaturqu, ssenarist və kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib.
Twitter: a_alieva_
