Elçin Quliyev və İsrailin müdafiə naziri arasında telefon danışığı olub

Elçin Quliyev və İsrailin müdafiə naziri arasında telefon danışığı olub

Bakı. TurkicWorld

Fevral ayının 1-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub.

Dövlət Sərhəd Xidmətindən TurkicWorld-ə verilən məlumata görə, telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə cənab Qallantı təbrik etmişdir.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə etmiş, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmışlar.