Paris şəhərində baş verən PKK-nın əsl üzünü bir daha göstərdi - Akar

Paris şəhərində baş verən PKK-nın əsl üzünü bir daha göstərdi - Akar

Bakı, Dekabr 26. /TurkicWorld/

Parisdə baş verən son hadisələr göstərdi ki, fransızların bəslədiyi ilan onları sancmağa başlayıb.

TurkicWorld xəbər verir ki, bunu bazar günü Türkiyənin milli müdafiə naziri Hulusi Akar PKK terror təşkilatının tərəfdarlarının Fransa paytaxtında təşkil etdiyi iğtişaşları şərh edərkən bildirib.

"İndi hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir", - deyə H.Akar bildirib.

Nazir Suriyanın şimalından Türkiyənin milli təhlükəsizliyi üçün təhlükənin qarşısını almaq üzrə atılan addımlardan da danışıb.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri uğurlu əməliyyatları ilə ölkənin cənub sərhədləri yaxınlığında “terror dəhlizi” yaratmaq cəhdinin qarşısını alıb.

"Biz bu cəhdlərə qarşı mübarizəmizi davam etdirəcəyik və nə lazımdırsa edəcəyik. Heç kim bizdən terror ünsürlərinin sərhədimizin yaxınlığında yuva salması faktını qəbul etməyimizi gözləməməlidir.

Türkiyə Silahlı Qüvvələri ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün tədbirləri lazımi yerdə və lazımi zamanda görüb və görməyə davam edəcək", - deyə nazir bildirib.

H.Akar vurğulayıb ki, Türkiyə Suriya və İraq da daxil olmaqla bütün qonşularının ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət edir və Türkiyə ordusunun bölgədəki yeganə hədəfi terrorçulardır.