Son dəqiqə

İnternet tarihini değiştiren platform: YouTube'un 21. yılı Google'ın en karlı yatırımı: YouTube gelir rekoru kırıyor İlk videodan yapay zekaya: YouTube'un başarı hikayesi Hindistan zirvede: YouTube kullanıcı sayıları açıklandı AzerVoice: Dünyanın en büyük video paylaşım platformu 21 yaşında

YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Dünyanın ən böyük video paylaşma platforması olan YouTube qurulmasından ötən 21 il ərzində rəqəmsal dünyanın gedişatını köklü şəkildə dəyişərək nəhəng media mərkəzinə çevrilib.

14 fevral 2005-ci ildə fəaliyyətə başlayan platforma hazırda 2 milyard 700 milyon aktiv istifadəçiyə malikdir.

PayPal-ın üç keçmiş əməkdaşı tərəfindən bir qarajda təməli qoyulan platformanın ilk videosu olan "Me at the zoo" (Heyvanat bağçasında mən) internet tarixinin ilk rəqəmsal mədəniyyət nümunəsi hesab olunur. 2006-cı ildə Google tərəfindən 1,65 milyar dollara satın alınması YouTube-un qlobal gücə çevrilməsində əsas dönüş nöqtəsi olub. Hazırda Alphabet holdinqinin tərkibində fəaliyyət göstərən platformanın 2025-ci il üzrə reklam və abunə gəlirlərinin 60 milyard dolları keçdiyi bildirilir.

YouTube Kids, Music, Premium və Shorts kimi müxtəlif seqmentlərlə xidmət göstərən platformada gündəlik 1 milyard saatdan çox video izlənilir. Statistikaya görə, Hindistan 500 milyon istifadəçi ilə dünyada birinci,sıradadır. "MrBeast" kimi tanınan Cimmi Donaldson isə 85 milyon dollarlıq illik qazancı ilə platformanın ən uğurlu kontent yaradıcısı statusunu qoruyub saxlayır.