...

Azərbaycan yeni minaaxtaran texnika istehsal edib (FOTO)

Digər xəbərlər Digər xəbərlər 6 Sentyabr 2022 11:18
TurkicWorld Daspina Hasanova
Azərbaycan yeni minaaxtaran texnika istehsal edib (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycanda tank və piyada əleyhinə mina axtaran texnika istehsal edilib.

TurkicWorld-un məlumatına görə, maşınlar "Protex industries" şirkəti tərəfindən istehsal olunub.

Yeni minaaxtaran texnikalar Bakıda keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində nümayiş olunur.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti