...

Türkiyə ordusuna aid helikopter qəzaya uğrayıb

Digər xəbərlər Digər xəbərlər 5 Sentyabr 2022 10:09
TurkicWorld Daspina Hasanova
Türkiyə ordusuna aid helikopter qəzaya uğrayıb

Bakı. TurkicWorld:

İraqın şimal-şərqində keçirilən Pəncə-Kilit Əməliyyatı bölgəsində Türkiyə ordusuna aid helikopter qəzaya uğrayıb. TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

“4 sentyabr 2022-ci il tarixində Türkiyə ordusuna aid “Skorsky” tipli helikopter Pəncə-Kilit Əməliyyat Bölgəsində texniki səbəblərdən qəzaya uğrayıb. Helikopterdə olan səkkiz nəfərdən yeddisi xilas edilib. Onların səhhətləri yaxşıdır. Bir nəfərin isə axtarış-xilasetmə tədbirləri davam etdirilir”. – deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti