Türkiyənin Bolu şəhərində içməli sudan zəhərlənənlərin sayı 98-ə çatıb

Türkiyənin Bolu şəhərində içməli sudan zəhərlənənlərin sayı 98-ə çatıb

Bakı. TurkicWorld:

Türkiyənin Bolu şəhərinin Yuva kəndində içməli sudan zəhərlənənlərin sayı 98-ə çatıb. TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca öz twitter hesabından paylaşım edib.

Nazir bildirib ki, zərər çəkənlərdən 45-i böyük 53-ü isə uşaqdır.

“14-ü reanimasiyada olan 43 xəstənin müalicəsi davam edir. Bu zamana qədər hadisə nəticəsində heç bir can itkisi olmayıb.” – deyə Koca paylaşımında qeyd edib.

Xatırladaq ki, iyul ayının 16-da 36 nəfər zəhərlənmə səbəbi ilə Bolu şəhər xəstəxanasına müraciət edib. Hadisə nəticəsində Yuva kəndindəki su çənlərində aparılan müayinədə zəhərlənmənin sudan olduğu müəyyən edilib.

Bolu meri Erkan Kılıç da açıqlama verərək son günlər bölgədə baş verən sel və daşqınlar nəticəsində suyun mikroblarla çirklənmiş ola biləcəyini bildirib.