TUSAŞ Azərbaycana Hürjet qırıcılarından almağı təklif edib

TUSAŞ Azərbaycana Hürjet qırıcılarından almağı təklif edib

Bakı. TurkicWorld:

Türk Aerokosmik Sənayesi (TUSAŞ) 2023-cü ilin mart ayının 18-də təlim qırıcısı Hürjeti ilk uçuşuna hazırlayır, TurkicWorld-un məlumatına görə bu barədə TUSAŞ-ın baş direktoru Temel Kotil bildirib.

“Qırıcılarımızın ixracına artıq başlamışıq, bu il tədarüklərimiz var. Biz arzu edirik ki Azərbaycan da bu qırıcılarımızdan faydalansın.” – deyə Kotil vurğulayıb.

TUSAŞ-nın qlobal miqyasda tanıdılmasının vacibliyini vurğulayan Kotil, bunun üçün beş mindən çox dünya miqyaslı mühəndislərlə görüşlər apardıqlarını da qeyd edib.

“Almaniyada, ABŞ-da, Pakistan və s. ölkələrdə mühəndislərimiz var. Yaxın zamanlarda Azərbaycan, Qazaxıstan və s. kimi ölkələrdən mühəndislərlədə görüşəciyik.” – deyə Kotil əlavə edib.

Onun sözlərinə görə TUSAŞ-nın istehsal etdiyi təyyarə və maketləri may ayının 26-29 tarixlərində keçirilən TEKNOFEST Azərbaycanda sərgilənib.