Bakı Dövlət Universiteti

Azərbaycanda son illər təhsil müəssisələrində ərəb dilini öyrənənlərin sayı artıb - Səyavuş Qasımov

Bakı. TurkicWorld

Azərbaycanda son illər təhsil müəssisələrində ərəb dilini öyrənənlərin sayı artıb.

TurkicWorld xəbər verir ki, bunu Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov BDU-da keçirilən Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində deyib.

O qeyd edib ki, ərəb dili vasitəsilə Azərbaycan və islam mədəniyyəti sıx inteqrasiya edilib:

"Müasir dövrdə isə bu dilin öyrənilməsi diplomatik, iqtisadi və turizm sahəsində önəmli sektora çevrilib".

Mövzuya görə xəbərlər