Şamaxı türk dünyasının turizm paytaxtı seçilib

Şamaxı türk dünyasının turizm paytaxtı seçilib

Şamaxı. TurkicWorld:

Şamaxı şəhəri 2022-ci il üçün türk dünyasının turizm paytaxtı seçilib.

TurkicWorld-un məlumatına görə, bu qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə təşkilatın Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş Nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev, Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi iştirak ediblər. Türkmənistan mədəniyyət nazirinin müavini Nursahet Şirimov isə tədbirə onlayn qoşulub.