Bakı. TurkicWorld:
Türkiyənin Müharibə qaziləri dərnəyinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyəyə səfər edən qazilərlə görüş keçirilib, TurkicWorld-un məlumtına görə, görüş zamanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qazilərin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirib.
O, Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışaraq, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını türk həkimlərinin onlara xüsusi qayğısını vurğulayıb.
Səfir həmçinin türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də qeyd edib.







