“Trend” BİA və Özbəkistanın Milli İnformasiya Agentliyi təcrübə mübadiləsini genişləndirməyi planlaşdırır

“Trend” BİA və Özbəkistanın Milli İnformasiya Agentliyi təcrübə mübadiləsini genişləndirməyi planlaşdırır

Bakı. TurkicWorld:

“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Özbəkistanın Milli İnformasiya Agentliyi UzA media sahəsində təcrübə mübadiləsini genişləndirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu UzA-nın baş redaktoru Qayrat Xonnazarov deyib.

O bildirib ki, Trend-lə UzA arasında əməkdaşlıq memorandumunun imzalanması agentliklərin əməkdaşları arasında təcrübə mübadiləsinə xidmət edəcək.

"Hesab edirəm ki, agentliklərimizin bir-birindən öyrənməyə çox şeyi var", - Q.Xonnazarov deyib.

Onun sözlərinə görə, həmin memorandum Özbəkistanın beynəlxalq KİV-lərdə daha çox işıqlandırılmasına kömək edəcək.