Son dəqiqə

Azərbaycan Xorvatiya Azərbaycan Boks Federasiyası Nicat Hüseynov

Azərbaycan boksçusu Avropa çempionu olub

Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

Məlumata əsasən, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.

51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.

Mövzuya görə xəbərlər