BAKI,TurkicWorld
COVID-19 pandemiyasının başlamasından beş il keçməsinə baxmayaraq, bir çox insan hələ də virusun uzunmüddətli təsirləri ilə mübarizə aparır.
TurkicWorld xəbər verir ki,son aparılan bir araşdırmaya görə, hər 10 nəfərdən 1-i uzunmüddətli COVID-ə yoluxub-yoluxmadığını bilmir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən 750 min nəfər arasında aparılan anketə əsasən, hər 20 nəfərdən biri uzunmüddətli COVID (long COVID) simptomlarına sahib olduğunu bildirir. Bu simptomlara xroniki yorğunluq, beyin dumanı, baş gicəllənməsi, nəfəs darlığı və əzələ ağrıları daxildir.
COVID-19-un uzunmüddətli təsirlərindən əziyyət çəkən insanlar gündəlik həyatlarına davam etməkdə çətinlik çəkdiklərini bildirirlər. Health Expectations jurnalında yayımlanan araşdırmaya görə, yoxsul bölgələrdə yaşayan insanların uzunmüddətli COVID-ə yoluxma ehtimalı daha yüksəkdir.
İngiltərənin Southampton Universitetinin ictimai səhiyyə professoru Nisreen Alwan bildirib ki, bir çox insan rəsmi diaqnoz almadıqları üçün uzunmüddətli COVID-ləri olub-olmadığından əmin deyillər.
“Əgər sizə uzunmüddətli COVID diaqnozu qoyulmayıbsa, bu xəstəliyə sahib olub-olmadığınızı müəyyənləşdirmək çətindir”, – deyə Alwan açıqlamasında bildirib.
Bundan əlavə, bəzi xəstələrin COVID-19-un yüngül bir infeksiya olduğunu düşündükləri üçün sağlamlıqlarının pisləşməsini qəbul etmədikləri və bu vəziyyətin sosial damğalanmaya səbəb olduğu üçün rəsmi diaqnoz və tibbi dəstək axtarmadıqları vurğulanıb.