Son dəqiqə

Bunu bilirsinizmi?

İqlim dəyişikliyi şokolad istehsalını təhlükə altına alır

Bakı, TurkicWorld

Keçən il Qərbi Afrikada həddindən artıq istilər qlobal kakao istehsalına ciddi təsir göstərib, məhsuldarlığın azalması kakao qiymətlərini rekord səviyyələrə çatdırıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, dünya kakao istehsalının 70%-ni təmin edən Fil Dişi Sahili, Qana, Kamerun və Nigeriyada fermerlər ekstremal hava şəraiti, xəstəliklər və qeyri-sabit yağışlarla mübarizə aparırlar.

Climate Central-ın araşdırmasına görə, neft, kömür və metan qazının yanması səbəbindən bu bölgələrdə temperatur artır və kakao üçün ideal hesab edilən 32°C həddi daha tez-tez aşılır.

2023-cü ildə qlobal temperatur rekord həddə çatdıqda, bu bölgələrin üçdə ikisində ən azı 42 gün ərzində temperatur 32°C-ni keçib. Alimlər bildirirlər ki, bu, məhsuldarlıq və keyfiyyəti azaldır. Bundan əlavə, qaçaqmalçılıq və qeyri-qanuni mədənçilik də istehsala mənfi təsir göstərir.

İstehsalın azalması kakao qiymətlərinin sürətlə artmasına səbəb olub. 2023-cü ilin sonundan etibarən Nyu-York birjasında ton başına kakao 10.000 dolları keçib, dekabrda isə 12.500 dollara çataraq rekord qırıb. İsveçrənin Lindt & Sprüngli şirkəti 2024-cü ildə şokoladın qiymətini artıracağını açıqlayıb.

Missisipi Dövlət Universitetinin professoru Narcisa Prikop qeyd edir ki, quraqlıq kakao istehsalı üçün təhlükə yaradır. BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına əsasən, son 30 ildə Yer kürəsinin dörddə üçü daha quraq hala gəlib.

"Quraqlıqla mübarizə təkcə şokoladı deyil, həm də planetin ekoloji tarazlığını qorumaq üçün vacibdir", – deyə Prikop bildirib.

Mövzuya görə xəbərlər