Son dəqiqə

Azərbaycan Türkiyə Radio TM Radio D Radio TMB

Azərbaycan ifaçılarının sədası Türkiyə radiosunda

Azərbaycanda yeni fəaliyyətə başlayan “Radio TMB” (Türk Millətlər Birliyi) bir çox ölkənin nüfuzlu media qurumları ilə əlaqələrini genişləndirir.

TurkicWorld-un məlumatına görə, bu çərçivədə “Radio TM” ilə (100.5 FM) qardaş Türkiyənin” Radio D” kanalı arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlıqla “Radio TMB” Azərbaycanın gənc və istedadlı ifaçılarının Türkiyədə tanınmasına dəstək olacaq və onların auditoriyalarının genişlənməsinə imkanlar yaradacaq. Bundan əlavə, iki media strukturunun tərəfdaşlığı çərçivəsində ortaq verilişlər həyata keçirmək və mədəni layihələr reallaşdırmaq planlaşdırılır. Bildirilir ki, incənət və mədəniyyət sahəsində məlumatların qarşılıqlı mübadiləsi Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə öz töhvəsini verəcək.

Mövzuya görə xəbərlər