...

Azad olunmuş ərazilərdə internet məsələsi ilə bağlı fəaliyyət planı hazırlanıb

Digər xəbərlər Digər xəbərlər 20 Yanvar 2022 12:44
TurkicWorld Mustafa Askerbeyli
Azad olunmuş ərazilərdə internet məsələsi ilə bağlı fəaliyyət planı hazırlanıb

Azad olunmuş ərazilərdə internet məsələsi ilə bağlı artıq konkret fəaliyyət planı hazırlanıb.

TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

O bildirib ki, həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq.

"İşğaldan azad olunmuş ərazilərin bərpa planına uyğun olaraq rabitə infrastrukturu da bərpa olunacaq. "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyasının özünün infrastruktur tələbləri var. Bu yalnız internetin sürətindən ibarət deyil, dayanıqlı olması da digər şərtlərdən biridir. Bu baxımdan bütün məsələlər kompleks şəkildə həmin ərazilərdə rabitənin bərpası ilə əlaqədar layihədə öz əksini tapıb", - deyə R.Rüstəmov bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti