Bakı, TurkicWorld
Reaksiyalardan göründüyü kimi, İsrail ilə əməkdaşlıq edənlər mesajımızı aldılar.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
Altun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarının bənzətmə yox, bu soyqırımı dəstəkləyənlərə güzgüdə özlərinə baxmağa çağırış olduğunu vurğulayıb.
“Tarix soyqrım tərəfdarlarını və işbirlikçilərini unutmadığı kimi, bu atəşi alovlandıranları da unutmayacaq. Qərbin öz günah psixologiyası ilə göstərdiyi bu müdafiə refleksi dövlət başçımızın bir daha həqiqəti açıq və aydın ifadə etdiyinə sübutdur”,- deyə Altun bildirib.