Son dəqiqə

Bakı Zəfər abidəsi

Bakıda Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

Xətai Rayon İcra Hakimiyyətindən TurkicWorld-a verilən məlumata görə, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

"Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib", - məlumatda bildirilib.

İcra hakimiyyətindən qeyd ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.

Mövzuya görə xəbərlər