Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 285, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 401, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 609, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 275 təşkil edir.