Bakı. TurkicWorld:
Dünyanın doqquz ən böyük neft şirkətinin ilin birinci rübündə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azalaraq 66 milyard dollara çatıb.
TurkicWorld xəbər verir ki, doqquz neft şirkətinin balans hesabatlarından əldə edilən məlumatlara görə, Amerikanın ExxonMobil və Chevron, Hollandiyanın Royal Dutch Shell, İngiltərənən BP, Fransanın TotalEnergies, İtaliyanın Eni, Rusiyanın Rosneft, Norveçin Equinor və Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco şirkətlərinin ümumi mənfəəti bu ilin ilk rübündə 2023-cü ilə nisbətən 18,5 % azalıb.
Sözügedən dövrdə Saudi Aramco 27,3 milyard dollar, ExxonMobil 8,2 milyard, Shell 7,7 milyard, BP 2,7 milyard, Chevron 5,5 milyard, Equinor 2,6 milyard, Eni 1, 3 milyard dollar qazanc əldə etdiyini açıqlayıb.
Qeyd edək ki, bu dövrdə mənfəətini ən çox artıran şirkət Rusiyanın ən böyük neft şirkəti sayılan Rosneft olub. Şirkətin gəliri bu ilin birinci rübündə ötən illə müqayisədə 35 % artaraq 5,4 milyard dollara çatıb.