Son dəqiqə

Misir Əbdülfəttah əs-Sisi

Misir hökuməti istefaya gedib

Bakı.TurkicWorld

Misir prezidenti Əbdülfəttah əs-Sisi hökumətin istefasını qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə xarici KİV Misir hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Misir prezidenti ölkənin baş naziri Mustafa Mədbuliyə səriştə və təcrübəyə malik şəxslərdən ibarət yeni kabineti formalaşdırmağı tapşırıb.

Qeyd edək ki, Əbdülfəttah əs-Sisi hazırda üçüncü prezidentlik müddətindədir və konstitusiyaya görə, 2030-cu ilə qədər vəzifəsini icra edəcək.

Mövzuya görə xəbərlər