Türkiyə səfiri Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib

Türkiyə səfiri Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib

“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbir diləyirik. Başımız sağ olsun”.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Twitter səhifəsində paylaşım edib.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.