Bakıda ikinci Malayziya Təhsil Sərgisi keçirilir

Bakıda ikinci Malayziya Təhsil Sərgisi keçirilir

Bakı. TurkicWorld:

Bakıda ikinci Malayziya Təhsil Sərgisi keçirilir.

TurkicWorld-un məlumatına görə, Malayziyanın Bakıdakı Səfirliyinin dəstəyi, “Winning Magnitude” agentliyi və “Linqva” Tədris Mərkəzinin təşkilatçılığı ilə 2-3 dekabr 2023-cü il tarixlərində Bakıda ikinci Malayziya Təhsil Sərgisinin keçiriləcəyini elan etməkdən qürur duyuruq.

Sərgidə Malayziyanın tanınmış, cəlbedici faktorları olan və sərfəli ali təhsil imkanlarını tanıtmaq üçün Malayziyanın aparıcı universitetlərini, Malayziya Texnologiya Universiteti (UTM), Taylor Universiteti, SEGi Universiteti, İdarəetmə və Elm Universiteti (MSU) və Quest Beynəlxalq Universitetini bir araya gətirir.

Sərgi Malayziyada dünya standartlarında təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün ideal platforma ola bilər. Bu, tələbələrə və valideynlərə ən uyğun təhsil istiqamətini seçməkdə universitet nümayəndələri və elmi məsləhətçilər ilə birbaşa əlaqə yaratmaq üçün əla fürsətdir.

Fərdi ünsiyyət tələbələrə kurslar, qəbul tələbləri, təqaüdlər və kampus həyatı haqqında ətraflı məlumat toplamağa imkan verəcək. Universitetlərimiz azərbaycanlı tələbələrlə əlaqə qurmaqda və unikal təkliflər təqdim etməkdə həvəslidirlər.
Bu sərgi vasitəsilə biz azərbaycanlı tələbələrin müstəsna təhsil mühiti və zəngin mədəni təcrübə qazanacaqları Malayziya universitetlərinə problemsiz keçidini asanlaşdırmaq məqsədi daşıyırıq.
Bu sərgi beynəlxalq təhsil imkanlarının təbliği və Malayziya ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə dair öhdəliyimizə bir sübutdur. Malayziya xalqlararası münasibətlərin möhkəmlənməsi üçün hər iki ölkəyə faydalı olan ali təhsil sahəsində əməkdaşlığı dəstəkləyir.

Malayziya geniş şəkildə tanınan yüksək keyfiyyətli təhsil sistemi, münasib qiymətli təhsil haqları, əlçatan yaşayış xərcləri və geniş mədəni mühitinə görə beynəlxalq tələbələr arasında artıq populyar bir məkana çevrilmişdir.
Malayziya "Əsl Asiya" şüarı ilə uzun müddətdir ki, dünyanın ən yaxşı turistik məkanlarından biri kimi öz nüfuzunu möhkəmləndirib. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bir çox yerləri ilə dünyanın ən gözəl turizm məkanlarından biri sayılır. Həmçinin, Malayziyada təhsil almaq tələbələrə Sinqapur, İndoneziya və Tayland kimi qonşu ölkələrə səfər etməyə imkan verəcək.
Malayziya öz qonaqpərvərliyi və Asiyada müxtəlif xalqların birgə yaşadığı bir mühitə malik olması ilə tanınır. Beləliklə, tələbələr müxtəlif mədəniyyətlərdən olan insanlarla işləmək, qarşılıqlı əlaqədə olmaq və birlikdə yaşamaq kimi təcrübələr qazanaraq qlobal perspektiv əldə edə bilərlər.

2023-cü ilin QS (Quacquarelli Symonds) reytinqində Tələbələr üçün Ən Yaxşı Şəhər kateqoriyasında Kuala Lumpur Asiya ölkələri arasında əlçatanlıq göstəricisinə görə birinci, dünyada isə üçüncü yerdə qərarlaşıb. Kuala Lumpur, həmçinin 2023-cü il “InterNations” Forumunun sorğusunda “Ən Yaxşı Əcnəbi Şəhər” kateqoriyasında 1-ci yerdə qərarlaşıb. YUNESKO-nun Beynəlxalq Tələbələr arasında Mobillik Sorğusuna görə, Malayziya xaricdə təhsil üçün ən çox üstünlük verilən istiqamətlər arasında 11-ci yerdədir.

Ölkə Avstraliya, ABŞ, Böyük Britaniya, Fransa və Kanada kimi ölkələrə nisbətən daha sərfəli təhsil təklif edir.
Malayziya aşağı qiyməti təhsil haqqları olan ölkələr sırasında olsa belə, tələbələr keyfiyyət və əlçatanlığı tarazlaya bilirlər. Malayziyada illik təhsil haqqı 3500-5500 ABŞ dolları, yaşayış xərcləri isə ayda 350-500 ABŞ dolları arasındadır.

2023-cü ilin QS Dünya Universitetləri Reytinqində Malayziya ümumilikdə 24 Ali Təhsil müəssisəsi (HEI) ilə yer alır, onlardan dördü ilk 200-lük siyahıya daxildir. 10-dan çox ali təhsil müəssisəsi QS Dünya Universitetləri Reytinqində bütün 5 ixtisas sahəsi üzrə yer alıb. Taylor Universiteti həm də Sosial Elmlər və İdarəetmə kateqoriyasında ölkənin ən yüksək səviyyəli özəl müəssisəsi kimi siyahıya alınmışdır.

2023-cü ilin QS Dünya Universitetləri Reytinqinə əsasən, İdarəetmə və Elm Universiteti (MDU) qonaqpərvərlik və istirahətin idarəetməsi üzrə dünyanın ən yaxşı ilk 50 universiteti, incəsənət və dizayn üzrə ən yaxşı 150 universiteti, biznes və idarəetmə üzrə isə ilk 350 universiteti arasında yer alıb.

İdarəetmə və Elm Universiteti (MDU) hazırda dünyanın gənclər üçün ən yaxşı universitetləri arasında ilk 100-lükdə, Asiyanın ən yaxşı universitetləri arasında 200-lükdə, Cənub-Şərqi Asiyanın ən yaxşı universitetləri arasında ilk 40 yerdə və məzunların məşğulluq reytinqi üzrə ilk 300-lükdə qərarlaşıb.

2020-ci ildə Malayziya dünyanın 175-dən çox ölkəsindən 131,300 beynəlxalq tələbəni qəbul edib ki, bu da onun güclü təhsil sistemi, infrastrukturu və dünya standartlarında təhsilə malik olmasına bir sübutdur. Hökumət 2025-ci ilə qədər beynəlxalq tələbələrin sayının 250,000-ə çatmasını hədəfləyir.

Bütün bu üstünlükləri nəzərə alaraq, biz bütün tələbələri, valideynləri və təhsil həvəskarlarını Malayziya Təhsil Sərgisində iştirak etməyə və Malayziyanın sərhədsiz təhsil perspektivlərini kəşf etməyə dəvət edirik. Malayziyada təhsil üçün qeydiyyatdan keçən bütün tələbələr 20% giriş təqaüdü və 50% -ə qədər “merit” dediyimiz təqaüd, yəni yüksək göstəriciləri olan tələblərə verilən təqaüdü alma hüququna malik olacaqlar. Biz həmçinin digər ali təhsil müəssisələri ilə doktorantura və bakalavr proqramları üzrə daha çox təqaüdlərin verilməsi üçün müzakirələr aparırıq.

Malayziya Təhsil Sərgisində bizə qoşulun və Malayziyada dünya standartlarında təhsil səfərinə başlayın.