Son dəqiqə

Azərbaycan Türkiyə Trabzon Zakher Travel Cəfər Qara

Zəngəzur dəhlizi ən tez zamanda açılmalıdır - Cəfər Qara

Bakı. TurkicWorld:

Azərbaycanı Naxçıvana, oradan da Türkiyəyə birləşdirəcək Zəngəzur dəhlizi ən tez zamanda açılmalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın ən böyük beynəlxalq Turizm Səyahət Agentliyi olan “Zakher Travel”in sahibi Cəfər Qara bildirib.

Azərbaycan mərkəzli, Gürcüstan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və Polşada filialları olan Zakher Travel 10-cu filialını Türkiyənin Trabzon şəhərində açıb. Zakher Travel sahibi Cəfər Qara və komandası TURSAB-ın Şərqi Qara dəniz Regional Nümayəndəliyi Şurasının sədri Volkan Kantarcı və Trabzonda inzibati menecer Təyyar Mumcunu ziyarət edərək, TÜRSAB rəsmilərinə təşəkkür edib və qardaş ölkə Türkiyə və Trabzonda filial açmaqdan çox məmnun olduqlarını vurğulayıblar.

"Türk Dünyasını birləşdirəcək, bölgədə rifahı artıracaq, turizmi inkişaf etdirəcək Zəngəzur dəhlizinin açılması ilə Orta Asiya və Avropa arasında Xəzər dənizi və Türkiyədən keçən marşrut reallaşacaq. Zəngəzur dəhlizinin açılması Türkiyənin təkcə Azərbaycanla deyil, bütün Yaxın Şərqlə ticarət həcminin artmasına səbəb olacaq. Türk Dünyasının ticari, logistik və siyasi əlaqələri güclənəcək", - deyə C.Qara qeyd edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər