Fələstin İsrail Rufiz Hafizoğlu Qəzza

Qəzza hadisələri Yaxın Şərqdə gözlənilən dəyişikliklərin başlanğıcıdır – Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Qəzzada baş verənlər Yaxın Şərqdə, xüsusilə Şimali Afrikada gözlənilən çox ciddi dəyişikliklərin başlanğıcıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB-24-ə açıqlamasında deyib.

“Qəzza əhalisinin Sinay səhrasına köçürülməsi planı həyata keçərsə, Misirin iki hissəyə parçalanması gözlənilir. Belə ki, Qəzza hadisələri Misirdə baş verəcək dəyişikliklərin təkan mərhələsidir”, -deyə o əlavə edib.

R.Hafizoğlu onu da vurğulayıb ki, bu gün Ərəb dövlətlərinin heç biri İsrailə müharibə elan edə bilməz.

“Müharibənin keçirildiyi ilk gündən HƏMAS rəsmiləri İsrail Ordusundan 400-dən çox əsir tutduqlarını bəyan etdi. Digər tərəfdən Qəzzada ölənlərin sayı 9 mini ötüb ki, bunun 70 faizi dinc əhali və uşaqlardır. İsrail müharibəni HƏMAS-la apardığını iddia etsə də, öldürülən HƏMAS rəsmilərinin sayı çox azdır”, -deyə o bildirib.

Ekspertin sözlərinə görə, Rəfah sərhəd-keçid məntəqəsinin açılması müharibənin gedişatında heç bir şeyi dəyişməyəcək.

“Müharibənin ikinci hissəsi quru əməliyyatlarının başlanmasıdır ki, bunu İsrail rəsmiləri artıq qeyd edib. Bu əməliyyatların başladılması isə HƏMAS-ın gözlədiyi məqamdır”, - deyə o vurğulayıb.

Ləman Əsədli

X: Lamanasadli01

Mövzuya görə xəbərlər