Azərbaycan əhalisinin sayı 10 milyonu keçdi

Azərbaycan əhalisinin sayı 10 milyonu keçdi

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 23 259 nəfər və ya 0,2 faiz artıb.

TurkicWorld-un məlumatına görə, əhalinin sayı 2021-ci il avqust ayının 1-i vəziyyətinə 10 142 392 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 149 doğulan körpə qeydə alınıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.