Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli açılışa hazırlanır

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli açılışa hazırlanır

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli qurulub.

TurkicWorld-un məlumatına görə, heykəl paytaxtın Səbail rayonu ərazisində "İçərişəhər" metro stansiyasının qarşısında qoyulub. Hazırda heykəlin ətrafı abadlaşdırılır. Yaxın günlərdə heykəlin açılışı gözlənilir.

Qeyd edək ki, Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Xanlar Əhmədovdur.