Son dəqiqə

Psixologiya

Psixologiyada "Eyforiya" hissi nədir?

Bakı. TurkicWorld:

Eyforiya həddindən artıq xoşbəxtlik hissidir.

Eyforiya yaşayan insanlarln "həddsiz sevincli" xarakterə malik olduqlarını deyə bilərik.

Bu insanlar özlərini dərdsiz, qayğısız və stressiz hiss edirlər.

Bu, normal emosional reaksiyalarda baş verən emosiyaların xaricində qeyri-adi dərəcədə həddindən artıq xoşbəxtlik vəziyyətidir.

Eyforiya hansı səbəbdən yarana bilər?

Maraqlı hadisələr, böyük uğur əldə etmək kimi şeylər eyforiyaya səbəb ola bilər.

Narkotik istifadəsi də halüsinogen eyforiyaya səbəb olur.

Eyforiya hisslərinə səbəb olan dərmanlar birbaşa dopamin səviyyələrinə təsir edir.

Nadir olsa da, bəzi baş xəsarətləri də uyğun olmayan eyforiyaya səbəb ola bilirlər.

Simptomları:

Özünü pis hiss etmə

Qarışıqlıq

Paranoyya

Özünü itirimək hissi

Diqqət problemi

Hallüsinasiya

Kimlər risk altındadır?

Narkotik aludəçiləri, bipolyar və ya şizofreniya xəstələri, kəllə-beyin travması alanlar, çox içki qəbul edənlər və stresli dövrlər keçirən şəxslər eyforiyaya daha çox məruz qalırlar.

Eyforiya müalicəsi

Eforiya üçün bir neçə müalicə variantı var.

Bunlardan ən əsasını antidepresanlar və antipsikotikləri saya bilərik.

Ancaq bu dərmanlar yalnız həkim tərəfindən yazılmış reseptlə əldə edilə bilər.

Psixoterapiya da eyforiya əlamətlərinin təkrarlanmasının qarşısını alan bir müalicə növüdür.

Mövzuya görə xəbərlər