Dünyanın ən'ləri

Dünyanın ən çox velosiped istehsal edən ölkələri

Bakı. TurkicWorld:

Araşdırmalar dünyada 2 milyard ədəddən çox velosipedin olduğunu ortaya qoyur. 2050-ci ildə bu rəqəmin 5 milyarda qədər yüksələcəyi gözlənilir.

Dünya əhalisinin 7.5 milyard olduğu nəzərə alındığında isə, bu gün adambaşına düşən velosiped sayının 0.3 olduğu ortaya çıxır.

Dünya Müşahidə İnstitutunun (Worldwatch Institute) hesabatında isə, 1965-ci ildə avtomobil və velosiped istehsalının hər biri, təxminən, 20 milyon ətrafında olub. Hazırda isə velosiped istehsalı avtomobil istehsalını keçib.

Təbliğatın artması velosipedin qlobal bazar böyüklüyünün 2018-ci ildə 47 milyard dollara yüksəlməsinə səbəb olub. 2024-cü ilə qədər isə bu rəqəmin 62 milyard dollara çatacağı təxmin edilir.

Ən çox velosiped istehsal edən ölkələr Çin, Hindistan, Avropa Birliyi ölkələri, Tayvan və Yaponiyadır.

Dünyadakı velosipedlərin 60%-dən çoxu isə Çində istehsal edilir.

Velosipedin ən çox istifadə edildiyi ölkələr isə Hollandiya, Danimarka, Almaniya, Çin, Finlandiya, İsveç, İsveçrə və Belçikadır.

Hollandiyada 17 milyon əhaliyə qarşı 23 milyon velosiped var. Ölkədə ailəbaşına düşən velosiped sayı üçdür.

Dünyanın velosiped dostu şəhərləri ardıcıllığında isə Kopenhagen, Amsterdam, Utrecht, Eindhoven, Montreal və Tokio gəlir.

Mövzuya görə xəbərlər