Son dəqiqə

Artemida məbədi

Dünyanın yeddi möcüzəsindən biri olan Artemida məbədi haqqında maraqlı faktlar

Bakı. TurkicWorld:

Efesdə Artemida məbədi - antik dünyanın məşhur və sitayiş olunan ziyarət mərkəzlərindən biridir. Knosslu məşhur memar Xarsifron, Efes şəhərini himayə edən Artemidanın şərəfinə mərmər məbəd tikməyi təklif edib. Məbədin tikintisi bir əsrdən çox - 120 il davam edib. Yeni ibadətgahın uzunluğu 110 metrə, eni isə 55 metrə çatıb. Məbəd o zamana qədər tikilən yunan məbədləri arasında ən böyük tikili olub. Onun ətrafında 18 metr hündürlüyündə iki cərgə daş sütun ucalıb. Məbəd daxildən mərmər plitələrlə üzlənib. Əsas zalda Artemidanın 15 metr hündürlüyündə, başdan-başa qızıl və daş-qaşla örtülmüş heykəli qoyulub.

Eramızdan əvvəl 356-cı ildə bütün ellin dünyasını sarsıdan dəhşətli hadisə baş verib - Kiçik Asiya yunanlarının əsas ziyarətgahı olan Efesdəki Artemida məbədi Herostrat adlı şəxs tərəfindən yandırılıb.

Eramızdan əvvəl III minilliyin əvvəlində məbəd tamamilə bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Dünyanın yeni möcüzəsinin tikintisi üçün Makedoniyalı İsgəndər vəsait ayırıb. Artemida məbədi 263-cü ildə qotlar tərəfindən talan edilib, sonradan isə dağıdılıb. Artemisionun sütunlarının məşhur relyefləri indi Londondakı Britaniya Muzeyindədir. Hazırda sınmış sütunlardan biri bərpa edilərək məbədin yerində ucalır.