Son dəqiqə

Prezident İlham Əliyev

Özbəkistan Prezidenti Prezident İlham Əliyevə zəng edib

BAKI,TurkicWorld

Martın 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı baş vermiş hadisə ilə bağlı məlumat verərək, hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.

Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Hər iki dövlət başçısı Azərbaycanın və Özbəkistanın bundan sonra da daim bir-birini dəstəkləyəcəyini bir daha təsdiq ediblər.

Mövzuya görə xəbərlər