Belqrad. TurkicWorld:
Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.
TurkicWorld-in xüsusi müxbirinin məlumatına görə, dövlətimizin başçısı abidələrin önünə əklil qoydu.





