Son dəqiqə

Prezident İlham Əliyev

Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib

BAKI,TurkicWorld

Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən investisiya təşviqi sənədinin verilməsi üçün minimal investisiya məbləği artırılıb. Yeni qaydaya görə, investisiya təşviqi sənədi ən azı 3 milyon manat investisiya qoyuluşu olan layihələrə verilir. Sənaye məhəllərində fəaliyyət göstərən rezidentlər üçün isə bu limit 1 milyon manat olaraq müəyyən edilib.

Fərmanla həmçinin strateji investisiya layihələrinə dair yeni müddət tənzimlənib. Strateji layihə təqdim edən şirkətlər və fərdi sahibkarlar investisiya təşviqi sənədini 2023-cü il yanvarın 1-dən etibarən 6 illik müddətə ala biləcəklər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Mövzuya görə xəbərlər