Son dəqiqə

Prezident İlham Əliyev

Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsində dəyişiklik edilib

BAKI, TurkicWorld

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının Nizamnaməsində dəyişiklik edilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyasında ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara diplomla yanaşı, döş nişanı da veriləcək.

Mövzuya görə xəbərlər