Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vayra Vike-Freyberqaya başsağlığı veriblər

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı məktubu ünvanlayıblar.

TurkicWorld xəbər verir ki, məktubda qeyd olunub:

"Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik".

Mövzuya görə xəbərlər