Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev İsveçrə dövlət başçısına başsağlığı verib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Mövzuya görə xəbərlər