Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev MDB dövlətləri ilə səhiyyə sahəsində əməkdaşlıq barədə Sazişi təsdiqləyib

BAKI,TurkicWorld

Prezident İlham Əliyev "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş"i təsdiq edib.

TurkicWorld xəbər verir ki, qanunda əsasən, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2022-ci il 28 oktyabr tarixli iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş" Azərbaycan Respublikasının ona dair müvafiq qeyd-şərti ilə təsdiq edilsin.

Mövzuya görə xəbərlər