Son dəqiqə

Prezident İlham Əliyev Ermənistan Antonio Kosta ABŞ Azərbaycan Ermənistan münasibətləri Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh sazişi Azərbaycan-Ermənistan sülh prosesi Azərbaycan-Ermənistan sülh sazişi 2025 Azərbaycan-Ermənistan razılaşması

Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib

BAKI, TurkicWorld

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta əldə edilmiş sülh münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.

TurkicWorld-in xəbər verir ki, Antonio Koşta bu barədə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının iclasında danışıb.

"Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbrik etmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh, Avropamız üçün əhəmiyyətli andır. Bu onu göstərir ki, sülh qurmaq mümkündür və sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik", - deyə Koşta bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron da Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.

Mövzuya görə xəbərlər